Bayrağımız milli qürurumuzdur
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Bu gün münasibətilə məktəbin 7c sinfinin sinif rəhbəri Lalə Quliyeva öz şagirdləri ilə “Bayrağımız milli qürurumuzdur” adlı tədbir təşkil edib.
Tədbirdə çıxış edən məktəbin direktoru bilıdirib ki, bayrağımız 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Bu Bayraq gününün daha bir özəlliyi isə üçrəngli bayrağımızın Şuşada da dalğalanmasıdır. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz bayrağımızı işğal altında olan ərazilərimizdə dalğalandırır, xalqımız öz doğma torpaqlarına qovuşur.
Daha sonra şagirdlərin hazırladığı kompozisiyalara tamaşa edilib.
Bayraq Günün mübarək, qalibiyyət bayraqlı Azərbaycan!