Zəfərin mübarək Azərbaycan!
Məktəbin 2c sinfinin sinif rəhbəri Səadət İsmayılova öz şagirdləri ilə Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirib.
Əslən Füzuli rayonundan olan Səadət müəllimə yurdumuzun işğal tarixini necə xatırladığından danışıb. Bildirib ki, biz bu qələbəni asan qazanmadıq, Ali Baş Komandanımız İlham Əliyev cənablarının düzgün strategiyası ilə qüdrətli sərkərdəliyi vasitəsilə, gözü yaşlı şəhid analarının, gəncikən Vətəni uğrunda igidliklə vuruşub canından keçən qorxmaz, cəsarətli, hər biri bir qəhrəmanlıq salnaməsi olan igid əsgərlərimizin məğlubedilməz gücü ilə, terror qurbanlarının qanı bahasına çaldıq bu qələbəni. Çox şükür Azərbaycan Dövləti öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarını işğaldan azad etdi.
Daha sonra videoçarxa tamaşa edilib, şagirdlərin çıxışları dinlənilib.
Qələbən mübarək Ali Baş Komandan! Qələbən mübarək, Azərbaycan xalqı! Qələbən mübarək, Azərbaycan əsgəri! Qələbən mübarək, Şəhadətin mübarək, and yerimiz olan şəhidim! Möhtəşəm Zəfərin mübarək, Azərbaycan!!!