Şuşa şəhəri günü
Noyabrın 8-i “Şuşa Şəhəri Günü”-dür. Bu günü qeyd etmək məqsədilə 5e sinfinin sinif rəhbəri Aytən Məmmədovanın təşkilatçılığı ilə “Azad Şuşa” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra çıxış edən Aytən müəllimə bildirib ki, Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb və Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Daha sonra Şuşadakı “Xarı Bülbül” festivalından fraqmentə baxılıb, şagirdlərin çəkdiyi rəsmləri nümayiş etdirilib, şirlər səsləndirilib, mahnılar ifa edilib.