Mən dünyanın zərrəsiyəm
Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır.
20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin 3ğ sinfinin sinif rəhbəri Zəkiyyə Mirzəyevanın təşkilatşılığı ilə “Mən dünyanın zərrəsiyəm” adlı tədbir keçirilib.
İlk olaraq Zəkiyyə müəllimə şagirdlərə Uşaq hüquqları haqqında məlumat verərək bildirib ki, dünyadakı bütün uşaqların qanunla doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji qorunma kimi hüquqları var və hər bir uşaq bu dünyanın zərrəsidir. Daha sonra şagirdlərə əvvəlcədən hazırlanmış kağız çiçəklər paylanılıb. Şagirdlər necə bir dünya istədiklərini çiçəklərə yazaraq dünyanı simvolizə edən şara yapışdırıblar. Nəticədə uşaqların istəyi ilə qurulan “Xoşbəxt dünya”-nın maketi hazırlanıb.