ATA VƏSiYYƏTİ-VƏTƏN ƏMANƏTİ

Noyabrın 4-ü tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan “8 Noyabr - Zəfər Günü”-nə həsr olunmuş “Ata vəsiyyəti-Vətən əmanəti!” adlı tədbir keçirilib.

Tədbirdə Şəhid General Mayor Polad Həşimovun anası Səmayə xanım, şəhid Kapitan Nurlan Mustafayevin anası Rəhilə xanım, şəhid Əbil Cəbizadənin anası İradə xanım, şəhid Polkovnik Leytinant Əfqan Abdurahmanovun həyat yoldaşı Rəqinə xanım, Şəhid Mənəfov Şahmarın həyat yoldaşı Bəyim Mənəfova, I Qarabağ müharibəsinin şəhidi Nağı Həsənovun qızı Fatma Süleymanova, jurnalist Fuad Abbasov, ehtiyatda olan polkovnik Bəhram Şeydayev, Yasamal rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Rövşən İbrahimli, I Qarabağ müharibəsi qazisi Sahib Abbasov, məktəbimizin məzunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi olmuş qazi kapitan Süleyman Heydərov və 44 günlük Vətən müharibəsinin qaziləri tədbirin qonağı olub.

Tədbir Dövlət bayrağının təntənəli şəkildə məktəbin 11b sinif şagirdi, İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy Abdurahmanov tərəfindən səhnəyə gətirilməsi ilə başlayıb. Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər şagirdlərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir deyə bildirib.

Tarix müəllimi Məleykə Muradova Pənahəli Xanın dövründən - bu gün Xankəndində dalğalanan baryağımızın keçdiyi tarixi yoldan danışıb.

Daha sonra şagirdlərin hazırladığı videoçarx təqdim olunub, rəqslər, səhnəciklər nümayiş etdirilib, musiqilər və şeirlər səsləndirilib.Xan qızı Natəvanın,Üzeyir bəyin,böyük Bülbülün obrazları Şuşadakı doğma ,şirin ləhcələrinə qovuşmağından danışaraq şagirdlərə mühüm mesajlar veriblər.

Sonda söz Vətən müharibəsinin qazilərinə və şəhid analarına verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi