Yeniyetmələrin psixoemosianal vəziyyəti

Yetkinlik dövründə hormonal dəyişikliklər əhval-ruhiyyənin kəskin dəyişməsinə səbəb olur. Buna görə yeniyetmə şişirdilmiş emosional reaksiyalar verir. Sürətli hormonal dəyişikliklərlə yanaşı, koqnitiv və psixososial dəyişikliklər də emosional reaksiyaları gücləndirir. Bəzən, məktəb və dostlar dəyişikliyi, artan məsuliyyətlər bu dəyişikliklərin başında dayanır.

Elə bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək üçün məktəbin psixoloqu Bənövşə Cabbarova VII-IX siniflərdə sorğu keçirib.

Testin nəticələrinə uyğun olaraq, bu mövzuda dəstəyə ehtiyacı olan şagirdlərlə söhbət aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi