Xovsuz xalçalar

“Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin rəsm müəllimi Aygün Mehdiyevanın oktyabrın 20-si 5f sinfində “Xovsuz xalçalar” mövzusunda dərsi dinlənilib.

İlkin olaraq xalçalar haqqında məlumat verən müəllim bidirib ki, Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənirlər. Müxtəlif ölçülü rəngli zolaqları ilə seçilən palaz və cecimlər sadə keçirtmə texnikası ilə toxunur. “Kilimgülü” medalyonlu, dördbucaq və altıbucaq formalı fiqurlardan ibarət həndəsi naxışlarla bəzədilən kilimlər mürəkkəb keçirtmə üsulu, vərni, şəddə, zili və sumax kimi xovsuz xalçalar isə mürəkkəb naxışlar vurmağa imkan yaradan dolama texnikası ilə toxunur.

Daha sonra şagirdlər də bu mövzuda araşdırmalarını təqdim edib, molbert və lövhə üzərində mövzuya uyğun şəkillər çəkiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi