Yeni təyinat alan müəllimlərlə görüş-2

Oktyabrın 20-si məktəbin direktoru Tünzalə Zeynalova məktəbə yeni təyinat alan müəllimlərlə növbəti görüş keçirib.

Səmimi ortamda keçən görüşdə şagird -müəllim münasibətlərinin düzgün qurulmasından, təhsilalanların biliyinin qiymətləndirilməsindən,

sinif jurnallarının işlənməsindən və şagird davranış qaydalarından danışan məktəb direktoru bildirib ki, bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir. Düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Məlumdur ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx əlaqə mövcuddur.

Daha sonra 2023/2024-cü tədris ilində qarşıda duran əsas məsələlər,rəqəmsal səriştələrin artırılması müzakirə olunub.

Sonda müəllimlərin sualları cavablandırılıb, onlara müvafiq tövsiyyələr verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi