Paytaxt və region məktəbləri arasında onlayn görüş
Sillahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi haqqında sərəncamına əsasən 17 oktyabr Fizuli şəhəri günüdür.
Bu əlamətdar gündə Bakı şəhər 53N-li tam orta məktəbin şagird və müəllim heyəti ilə Fizuli şəhər Mirzə Uluqbəy adına 1N-li tam orta məktəbin kollektivi arasında onlayn görüş keçirilib.
Çıxış edən hər iki məktəbin direktorları - Həcər Mahmudova və Tünzalə Zeynalova II Qarabağ müharibəsində cənub -şərq cəbhəsindəki əhəmiyyətli döyüşlərdən olan Fizuli şəhər uğrunda gedən əməliyyatlardan, hazırki abadlıq işlərindən, Fizuli məktəbinin inşasında təşəbbüskar olan Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında olan dostluq münasibətlərindən, paytaxt məktəbinin region məktəbi ilə əməkdaşlığının əhəmiyyətindən danışaraq şəhidlərimizə Uca Allahdan rəhmət, Silahlı Qüvvələrin əsgər və zabit heyətinə sağlamlıq dilədilər.
Daha sonra hər iki məktəbin şagirdlərinin hazırladığı musiqi nömrələri, şeirlər dinlənilib, videoçarx nümayiş olunub.
Bundan başqa məktəbin ibtidai sinif müəllimi Füzuli vətəndaşı olmuş Səadət ismayılova fərəh və qürur hissi ilə öz təəssüratlarından danışıb.
Füzuli məktəbinin tarix məllimi Rəhim Məstəliyev isə Bakı məktəblilərinə Füzulinin qədim tarixindən və görkəmli şəxsiyyətlərindən söz açıb. VIII sinif şagirdi Tahirov Nurlanda öz növbəsində şəhər haqqında ətraflı məlumat verib.
Sonda Füzuli məktəblisi Ömər Baxşıyevin ifasında Qarabağ şikəstəsi səsləndirilib.
Hər iki məktəb görüşdən xoş təəssüratlarla ayrılıb.
QARABAĞ AZƏRBAYCANDIR!!!