Məişət zorakılığı
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”-nı rəhbər tutaraq məktəbin psixoloqları Ləman Quliyeva və Bənövşə Cabbarova Məişət zorakılığından zərər çəkmiş şagirdlərin müəyyənləşdirilməsi və onlarla işin düzgün təşkili məqsədi ilə X sinif şagirdləri ilə anket sorğu keçirib.
Sorğunun nəticələri təhlil olunduqdan sonra məişət zorakılığından zərər çəkmiş şagirdlərlə bağlı məlumatların konfidensiallığının qorunması şərti ilə onlarla söhbətlər aparılacaq.