Azərbaycan dili fənninin Dövlət dili kimi tədrisi vəziyyəti

Oktyabrın 14-ü BŞTİ-nin 3-29-59/3-2-305 F12023 №-li əmrinin 5.2 bəndini rəhbər tutaraq rus bölməsində Azərbaycan dili fənnini tədris edən müəllimlərlə “Azərbaycan dili fənninin Dövlət dili kimi tədrisi vəziyyəti” mövzusunda iclas keçirilib.

İclasda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova cari tədris ilində Azərbaycan dili fənninin dövlət dili kimi tədrisi vəziyyətini öyrənmək, daha da inkişaf etdirmək və bu istiqamətdə işi mütəşşəkkil təşkil etmək məqsədi ilə məktəbin 01 oktyabr 2023-cü il tarixli 216 №-li “Azərbaycan dilinin Dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi haqqında” əmri ilə yaradılmış təşkilat komitəsini və bu istiqamətdəki fəaliyyət planını müəllimlərin nəzərinə çatdırıb. Qeyd edib ki, tədris ili ərzində rus bölməsinin I-XI siniflərində Azərbaycan dili dərsləri mütəmadi şəkildə dinlənilməli ,hər təhsil pilləsinə uyğun yazı işləri keçirilməli, müsabiqələr, yarışlar və s.təşkil edilməlidir. Bundan başqa qarşılıqlı dərsdinləmə, təcrübənin paylaşılması, açıq dərslərin təşkili, şagirdlərdə söz ehtiyatının zənginləşdirilməsi, düzgün tələffüz, rabitəli nitq, orfoqrafik normalara cavab verən yazı bacarıqlarının formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

Sonda müəllimlərin bu mövzuda təklifləri dinlənilib və dəyərləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi