IX sinif valideynləri ilə görüş

Oktybrın 12-si məktəbin IX siniflərində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd ümumi orta təhsil üzrə buraxılış imtahanlarına hazırlıq vəziyyəti və şagirdlərin ixtisas seçiminə düzgün istiqamətləndirilməsi olub.

Məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək bildirib ki, ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir. Ümumi orta təhsil kursu üzrə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərliklərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasının vacibliyini qeyd edib.

Daha sonra məktəb psixoloqları da mövzu haqqında valideynlərə ətraflı məlumat verərək, şagirdlərin ixtisas seçiminə düzgün istiqamətləndirilməsindən də danışıblar. Bildiriblər ki, valideynlər hansı peşələrə ehtiyac var, gələcəkdə ehtimal olunan peşələr hansılardır və s. nüanslarla maraqlanıb bu məlumatları övladlarına məcburiyyət kimi deyil, seçim olaraq təqdim etməlidirlər. Əks halda, uşağın valideynin təkidi ilə seçdiyi ixtisas ürəyincə olmadığı üçün ona zəhmət və enerji qoyma motivasiyası olmayacaq. Bu da gələcəkdə uşağın uğursuz olmasına gətirib çıxaran ənənəvi faktorlardan birinə çevriləcək.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi