IX sinif şagirdləri ilə görüş

Oktybrın 12-si məktəbin IX sinif şagirdləri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd ümumi orta təhsil üzrə buraxılış imtahanlarına hazırlıq vəziyyəti və peşəyönümlü diaqnostik işin düzgün təşkili olub.

Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova təhsil sisteminin hər bir insanın fərdi uğurları və ölkənin uzunmüddətli inkişafı üçün həlləedici rol oynadığını qeyd edib. Bildirib ki, güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq təhsil sisteminin qarşısında mühüm vəzifədir.

Daha sonra məktəb psixoloqları da mövzu haqqında şagirdlərə ətraflı məlumat verərək, öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsi üçün onlara kömək etməyə hazır olduqlarını bildiriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi