10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür
Oktyabrın 10-u məktəbin psixoloqu Ləman Quliyevanın təşkilatçılığı ilə Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib.
Çıxış edən Ləman Quliyeva qeyd edib ki, sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır. Psixi sağlamlığa nail olmaq üçün əsas məsələlərdən biri depressiv xəstəliklərin - şizofreniya, narkotik asılılığı, epilepsiya, əqli gerilik və Altsheymer xəstəliklərinin qarşısını almaqdır.
Daha sonra şagirdlərə “Psixi Sağlamlıq”-la bağlı videoçarx nümayiş etdirilib və bildirilib ki,
müasir həyatın tərkib hissəsinə çevrilən streslə mübarizə aparmaqdansa, onu “yaxına buraxmamaq” daha yaxşıdır
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.