V sinif şagirdlərində orta təhsil pilləsinə adaptasiya

Yeni dərs ilinin başlaması ilə şagirdlərin yay tətilindən sonra məktəbə, tədris proqramına uyğunlaşması məsələsi aktuallaşır. Xüsusilə də V sinif şagirdləri yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkirlər. Şagirdlərin dörd il onlara dərs deyən ibtidai sinif müəllimlərindən ayrılması, yeni sinfə qədəm qoyması və birdənbirə bir neçə əlavə fənn keçmələri, yeni müəllimlərə uyğunlaşması kimi məsələlər də onlarda ilk vaxtlar adaptasiya çətinliyi yaradır.

V sinif şagirdlərinin orta təhsil pilləsinə adaptasiya prosesinə kömək etmək məqsədi ilə məktəbin psixoloqu Bənövşə Cabbarova şagirdlərlə söhbətlər aparıb, kiçik və orta məktəb yaşlı uşaqlarda məktəb ilə əlaqədar həyəcanın xarakterini və səviyyəsini öyrənmək məqsədi ilə "Məktəb həyəcanı səviyyəsinin diaqnostikası" metodikasını həyata keçirib.

Nəticədə orta təhsil pilləsinə adaptasiyada problem yaşayan şagirdlər müəyyənləşdirilib və onlarla mütəmadi söhbət aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi