Dərsin təlim nəticələrini müəyyənləşdirmək-hədəflər və perspektivlər
Təlim nəticələrini müəyyənləşdirmək təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Təhsilin keyfiyyəti və inkişafı haqqında müvafiq məlumatların toplanması və onların təhlilinin düzgün aparılması məqsədi ilə oktyabrın 7-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə məktəbin müəllimləri ilə "Dərsin təlim nəticələrini müəyyənləşdirmək” mövzusunda görüş keçirib.
Görüşdə məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək 53 N-li tam orta məktəb haqqında qısa arayış verdikdən sonra 2023/2024-cü tədris ilinin hədəf və məqsədlərindən danışıb.
Daha sonra Anar Mustafazadə, dərsin təlim nəticələri, standartlar, tədrisə verilən tələblər, 45 dəqiqə dərs prosesinin təhlili, bacarıqların formalaşmasına nail olmaq, şagird nailiyyətlərinin qiymətləndirilməsi və s. istiqamətlər üzrə təqdimatla çıxış edib.
Görüş qarşılıqlı müzakirələr əsasında davam edib. Sonda xatirə şəkli çəkilib.
Hörmətli Anar Mustafazadə müəllim, təhsilimizə, məktəbimizə ayırdığınız zamana və kollektivimizlə paylaşdığınız dəyərli fikirlərinizə görə sizə minnətdarıq.