27 sentyabr-Anım günü
Sentyabrın 27-si məktəbdə II Qarabağ müharibəsi şəhidlərinin “Anım günü”-nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 53 nömrəli tam orta məktəbin məzunu olan qazilərimiz Ali baş komandanın əmri ilə “İgidliyə görə”, “10 il qüsursuz xidmətə görə” və “Hərbi xidmətdə fərqləndiyinə görə” müdallarla təltif olunmuş FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və Xüsusi Hazırlıq İdarəsinin pirotexnik və istehkam şöbəsinin rəisi kapitan Heydərov Süleyman Vaqif oğlu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” medalları ilə təltif olunmuş Aşırov Cavid Hüseyn oğlu iştirak edib. Bundan başqa qazilərimizdən Qafarlı Nəriman Mehman oğlu, Batıyev Orxan Oqtay oğlu, Abdullayev Yusif Çingiz oğlu, Şahməmmədov Xəqani Rasim oğlu, Hüseynov Bəhram Heybət oğlu, Yusifzadə Tural İlqar oğluda tadbirimizin qonağı olub.
Tədbir Azərbaycan respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şagirdlərin çıxışları, hazırladığı səhnəciklər, ifa etdiyi musiqi nömrələri dinlənilib, “44 Günlük Müharibəni” əks etdirən videoçarxlar nümayiş olunub.
Çıxış edən Məktəb direktoru Tünzalə Zeynalova Vətən müharibəsi zamanı Azərbaycan xalqının zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və vətən sevgisinə şahidlik etdiyini, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdiyi 44 günlük Vətən müharibəsinin bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildiyini qeyd etdikdən sonra Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın “Anım Günü” ilə bağlı fikirlərini kollektivə çatdırıb.
Sonda söz Vətən müharibəsinin qazilərinə verilib. Çıxış edən qazilər şagirdlərə öz həyat yolundan, Vətən sevgisindən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.