Milli Musiqi Günü

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında keçirilir.

18-28 sentyabr 2023-cü il tarixləri arasında keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı müddətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təklifinə əsasən, məktəbdə Zəhra Nuriyeva və Aygün Mehdiyevanın təşkilatçılığı ilə dərslərarası fasilələr zamanı Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi