21 sentyabr-Sülh Günü
Sentyabrın 21-də məktəbin rəsm müəllimi Aygün Mehdiyeva “Sülh Günü”-nə həsr olunmuş dərs keçib.
Dərs zamanı müəllimə əvvəlcə şagirdlərə 21 sentyabr “Sülh Günü” haqqında məlumat verib. Bildirib ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır - Sülh! Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir.
Daha sonra şagirdlər qruplara ayrılaraq məktəbin həyətində asvalt üzərində “Sülh Günü”-nə aid rəsmlər çəkib.