Heydər Əliyev mərkəzinə ekskursiya
Sentyabrın 15-də məktəbin “Heydər Əliyev” ili çərçivəsində 4g sinfinin sinif rəhbəri Məmmədova Elminaz və 4a sinfinin sinif rəhbəri Babayeva Rəvanə Ulu Öndərin zəngin və mənalı ömür yolu ilə şagirdləri tanış etmək məqsədilə Heydər Əliyev mərkəzinə ekskursiya ediblər.
Ekskursiya zamanı məktəblilərə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Mərkəzdə şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilib. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.