Son zəng
İyunun 14-də ənənəvi Son zəng tədbiri keçirilib.
Son zəngdə BŞTİ-nin Məktəbdənkənar Fəaliyyətin Təşkili sektorunun məsləhətçisi Şəhanə Bağırova, Yasamal Rayon İcra Hakimiyyətinin Ümumi Şöbəsinin müdiri Elnarə Mansurova iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb
Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova ötən tədris ilində qazanılan nailiyyətlərdən "Heydər Əliyev" ili çərçivəsində görülən işlərdən, böyük qələbimizdən danışaraq valideynləri və məzunları təbrik edib.
Tədbirdə şagirdlərin ifasında müxtəlif rəqslər musiqi nömrələri təqdim olunub. Daha sonra elmin açarını 11- ci sinif şagirdləri 10 - cu sinif şagirdlərinə təqdim edib. Nəhayət, son zəng çalındı.
Tədbir təhsildə öz keyfiyyət göstəriciləri ilə fərqlənən şagirdlərin və sinif rəhbərlərinin xüsusi diplomla təltif edilməsi ilə sonlandırılıb.
Yolunuz açıq olsun, əziz məzunlar!!!