1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqlar mənsub olduqları torpağın, ölkənin ümidi, gələcəyidir. Qayğı, diqqət, yüksək həssaslıq tələb edən uşaqlar, eyni zamanda, Azərbaycanda da dövlət siyasətinin ən vacib prioritetidir. Ulu öndər Heydər Əliyevin: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözləri gələcəyimiz olan körpələrin ehtiyaclarına, inkişafına və tərbiyəsinə olan dövlət qayğısının bariz nümunəsidir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin ibtidai siniflərində kiçik tədbirlər keçirilib.

Şagirdlər müxtəlif mahnılar ifa edib, şeirlər səsləndiriblər. Müəllimlər Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti  ilə şagirdləri təbrik edib, onlara xoş arzularını bildiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi