Asudə vaxtın səmərəli təşkili

Məktəbin 3c sinfinin sinif rəhbəri Aynur Bağırova şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Milli Xalça Muzeyinə ekskursiya təşkil edib.

İlk olaraq müəllimə şagirdləri Milli İncəsənət Muzeyinin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəniyyət nümunələrinin sərgiləndiyi ekspozisiyası ilə tanış edib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Müasir Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiya zalı qiymətli sənədlər, şəxsi əşyalarla şagirdlərin böyük marağına səbəb olub.

Sonda Milli Xalça Muzeyinə ekskursiya edən şagirdlər muzeydəki eksponatlar, müxtəlif ekspozisiyalar və Azərbaycanın ayrı-ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış oldub. Ekskursiya zamanı şagirdlərə milli mədəniyyətimizin mühüm bir hissəsi olan Azərbaycanda zəngin xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat verilib, uşaqların sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi