Biologiyanın aktual problemləri
Mayın 22-si məktəbin VIII-IX sinif şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və bioligiya fakültəsinin məktəbdə təcrübə keçən tələbələrinin təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Biologiyanın aktual problemləri mövzusunda tədbir keçirilib.
Tədbirdə Səlimova Səkinə "Biotexnologiya", Əhmədzadə Kənan "Biomüxtəliflik və onun qorunma yolları", Muradov Məsud və Turan "Ekoloji çirklənmə və onun həlli yolları", Məhərrəmov Nihal "Türk xalqlarının irsi xəstəlikləri", Səfərli Aydan "Temperamentin tipləri", Əliyeva Nigar "Zərərli vərdişlər", Qurbanlı Aysu "Allergiya", Zeynalzadə Gülnur "Klonlaşdırma", Əliyeva Xəyalə "Hipnoz", Feyzullayeva Fidan "Somnabulizm", Qılıncova Səma "Letargiya" mövzusunda apardıqları elmi araşdırmalarının nəticələri ilə tədbir iştirakçılarını və qonaqları tanış edib, şagirdlərinin ifasında maraqlı musiqi nömrələri səsləndirilib.
Sonda məktəbin direktoru Zeynalova Tünzalə, ADPU-nun kimya biologiya fakültəsinin dekanı Ağayeva Reyhan, kafedra müdiri Yusifova Anaxanım, dərnək rəhbəri Abdullayeva Təranə müəllimə tədbirin əhəmiyəti, şagirdlərin maraqlı tədqiqat işlərinin nəticələri və onların Bologiya fənninə böyük maraqları haqqında müsbət fikirlərini bildirib, şagirdlərin elmi araşdırmalarının onların gələcəkdə istedadlı tədqiqatçı kimi formalaşmasında böyük əhəmiyyət kəsb edəcəyini qeyd edib.