Harada daha gərəkliyəm?!

Məktəb illəri şagirdlərin peşə seçimi üçün vacib dövr hesab edilir. Onlar bu dövrdə seçdikləri peşə haqqında qərar verirlər. Bu gün şagirdləri peşəyə hazırlamaq və iş həyatı ilə məktəb arasındakı əlaqələri sıxlaşdırmaq təhsilin qarşısında duran vəzifələrdən biridir. Bu məqsədlə mayın 22-si məktəb rəhbərliyi IX sinif şagirdləri ilə “Harada daha gərəkliyəm?!” adlı seminar keçirilib.

Məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək bildirib ki, peşə seçimi hər bir insanın həyatında verdiyi vacib qərarlardan biridir. “Mən bu peşəni seçirəm” deməklə əslində insan öz gələcək həyat leytmotivini müəyyənləşdirir. Çünki onun gələcəkdə həyatda tutacağı mövqe, karyerası, gəliri və s. bu seçimlə bağlıdır.

Daha sonra şagirdlərə peşə seçimində ən çox rastlaşa biləcəkləri çətinliklər və onların həlli barədə məlumat verilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi