III siniflər üzrə Monitorinq
Mayın 17-də BŞTİ tərəfindən III siniflər üzrə monitorinq təşkil olunub. Monitorinqin keçirilməsində məqsəd III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhlillərin nəticələrinə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.
Monitorinq materialları Azərbaycan və rus bölmələrində iki variatda hazırlanıb və materiallar şagirdlərə tam, fənlər ayrılmadan təqdim olunub.
Şagirdlərə sualları cavablandırması üçün 1,5 saat (90 dəqiqə) vaxt verilib.
Monitoriq zamanı Tədris dili və İngilis dili fənlərindən dinləmə materialı üçün zəruri şərait təmin edilib.
Monitorinqin gedişini BŞTİ nin keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə izlədi.
Şagirdlərimizə uğurlar arzu edirik!