IX siniflərin buraxılış nəticələrinin təhlili

Mayın 15-i ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələri müzakirə olunub.

İclasda cari tədris ilinin IX siniflərində Ana dili, Riyaziyyat, İngilis dili dərslərini tədris edən müəllimlər və sinif rəhbərləri iştirak edib.

Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova 2022-2023-cü tədris ilində təhsil alan IX sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanında iştirakı , bir və ya bir neçə fəndən 30 baldan aşağı bal toplayan, ayrı-ayrı fənlər və bölmələr üzrə orta ballar, ötən tədris ilinin nəticələri və ümumi orta təhsil kursu üzrə fərqlənmə attestatına namizəd şagirdlər haqqında geniş təhlil aparıb.

Aidiyyatı kurasiyalar üzrə direktor müavinləri, MB rəhbərləri və fənn müəllimləri məsələ ilə bağlı çıxış edərək münasibət bildiriblər.

İclasın sonunda müvafiq qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi