“Kiçik Akademiya”nın üzvləri ilə görüş

Mayın 2-si “Kiçik Akademiya”nın rəhbəri Sevda Mehdiyeva akademiyanın üzvləri ilə görüş keçirib.

O çıxış edərək bildirib ki, “Kiçik Akademiya”nın fəaliyyətinin əsas məqsədi məktəbdə istedadlı uşaqlarla aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdir. Qeyd edib ki, bu fəaliyyət tədqiqata meyilli olan istedadlı şagirdləri aşağı yaş qruplarında aşkara çıxarmağa, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməyə, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə səbəb olacaq. Daha sonra şagirdlərə “Kiçik Akademiya” tədqiqatları” adlı rayon konfransının keçiriləcəyi və qaydaları haqqında məlumat verilib.

Sonda şagirdlərə təqdimatları müəyyən edilmiş vaxt ərzində yekunlaşdırması tapşırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi