Bakı Zooloji Parkına ekskursiya
Böyük şəhər aqlomerasiyalarında uşaqlara canlı təbiətin obyektlərini izləmə, təmas etmə məqsədilə keçirilən ekskursiyalar şagirdlərin dünyagörüşünün formalaşmasında, emosional inkişafında böyük rol oynayır, yaddaşlarda dərin iz buraxır. Bu məqsədlə təbiətin oyanıb dirçəldiyi bir vaxtda məktəbimizin coğrafiya müəllimi Vəfa Süleymanova aprelin 29-da 8b sinif şagirdləri ilə Bakı Zooloji Parkına ekskursiya təşkil edib.
Ekskursiya zamanı şagirdlər Azərbaycan və dünyanın müxtəlif regionlarında yayılmış heyvanat aləmi ilə tanış olub, həmçinin antropogen landşaft, ərazi planlaşdırılması, landşaft planlaşdırılması anlayışların əyani nümunələrini görüblər.
Sonda şagirdlərə "Yaşayış mühitinin dəyişdirilməsinin canlı aləmə təsiri" - mövzusunda esse yazılmaları tapşırıldı.