Rəğbətləndirmə

Aprelin 27-də Nizam İntizam Şurasının üzvlərinin “Şagird davranış qaydaları”-nın tətbiqi və gedişatı barədə valideynlərlə növbəti görüşü keçirilib.

Məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək “Şagird davranış qaydaları” tətbiq olunan gündən bu günə şagirdlərin nizm-intizmında, davamiyyətində və xarici görünüşlərindəki müsbət dəyişikliklərdən danışıb. Valideynlərin təklifləri dinlənilib, sualları cavablandırılıb.

Sonda Nizam-intizam, Sosial məsuliyyətlilik və Akademik nailiyyətlərinə görə fərqlənən şagirdlərə “Rəğbətləndirmə” kartı verilib və qeyd olunub ki, hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə və fəxri fərman ilə təltif olunacaq. Şagird ciddi qayda pozuntularına yol verdikdə isə Nizam İntizam Şurasının qərarı ilə onun yaşıl kartları ləğv edilə bilər.

“Yaşıl kart” alan şagirdlərə uğurlarının davamlı olmasını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi