İntiharın profilaktikası

İntihar haqqında danışmaq qorxunc olsa da, susmaq ölümcül ola bilər.

Məhz buna görə də məktəb olaraq ictimaətin kiçik bir hissəsini “İntihar” mövzusunda maarifləndirmək üçün məktəbin psixoloqu Ləman Quliyeva V-XI sinif şagirdlərinin valideynləri ilə “İntiharın profilaktikası” adlı seminar keçirib.

Bildirib ki, intihar tez-tez pıçıltılar, kölgələr və “xahiş edirəm bunu heç kimə demə” mövzusunda danışılan söhbət mövzusudur. İntihar haqqında danışmaq, ehtimal ki, əksər insanlarda qorxulu və ya qeyri -müəyyən bir reaksiya doğurur. İntihar ölümün onuncu əsas səbəbidir və eyni zamanda ən çox qarşısı alına bilənlərdən biridir. Bu ikinci ifadədə müdaxilə imkanı tam şəkildə əks olunduğunu bildirib, bunun üçün intiharqabağı əlamətlərdən və valideynlərin diqqət etməli olduğu məqamlardan danışıb.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi