Hər şey övladımız üçün
Aprelin 20-də “Ailəm və məktəbim” layihəsi çərçivəsində I sinif valideynləri ilə “Hər şey övladımız üçün” adlı seminar keçirildi.
Seminarada məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək valideynləri məktəbin tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırdı.
Sonda istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə valideynlərin rəy və təklifləri dinlənildi.