Atəşgah məbədinə ekskursiya
Şagirdlərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə 2f sinfinin sinif rəhbəri Fidan Həsənzadə şagirdləri ilə birgə Suraxanıda yerləşən “Atəşgah məbədi”-nə ekskursiya təşkil edib.
Şagirdlərə Atəşgah məbədinin müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədi olması və XVII-XVIII əsrlərdə təbii qaz təzahürü olan sönməz alovların yerində inşa edilmiş məbədin adının “Alov evi” və ya “Alov yeri” anlamı verməsi haqqında məlumat verilib.
Ekskursiya zamanı qədim dövrün adət-ənənələri, dinləri, xarici ölkələrlə ticarət əlaqələri, insanların yaşayış tərzi haqqında məlumatlar şagirdlərin marağına səbəb olub.