Heydər Əliyev mərkəzinə ekskursiya

Heydər Əliyev ili çərçivəsində məktəbin 7e sinfinin sinif rəhbəri Asya Hüseynli şagirdləri ilə birgə “Heydər Əliyev Mərkəzinə” ekskursiya edib.
Ekskursiyada şagirdlərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib.
Şagirdlər dahi rəhbərin zəngin və mənalı ömür yolunu, fəaliyyətini əks etdirən, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə eksponat, fotoşəkil və kitablarla tanış olublar.