Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya

“Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində 4ğ sinfinin sinif rəhbəri Aytən Məmmədova şagirdləri ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil ediblər.

Ekskursiyanın məqsədi xalqımızın zəngin mənəvi dünyası, yüksək milli-mənəvi, mədəni dəyərləri barədə şagirdlərdə dolğun bilik və dünyagörüşü yaratmaq olub. Şagirdlər muzeydə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar.

Şagirdlərə xalçalardakı kompozisiya və ornamentlər, onların rəmzi mənaları barədə maraqlı və geniş məlumatlar verilib. Xalçalarda əks olunan sujet və naxışlarla bağlı şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi