Azərbaycan Özbəkistan dostluğu

Aprelin 7-də məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Uyuşmasının fəxri üzvü Akif Azalp, OCEP layihəsinin rəhbəri Ceyhun Rəhmanov, layihənin koordinatoru Namiq Cəfərov, MOK-un əməkdaşları, Taekvando üzrə ikiqat Avropa çempionu İlkin Şahbazov və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın və Özbəkistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək qonaqları salamlayıb, OCEP layihəsi çərçivəsində təşkil olunan tədbirlər və Özbəkistana səfərləri barədə danışıb.

Tədbirdə Nizami Gəncəvinin “Xosrov və Şirin, Əlişir Nəvainin “Fərhad və Şirin” poemasından səhnələr, Qənirə Paşayevanın müəllifi olduğu “Addım-addım Özbəkistan” kitabından özbək şairlərin şeirlərindən ibarət kompozisiya, Akif Azalpın müəllifi olduğu “Xalqın mehri” şeiri səsləndirilib, Özbəkistan və Azərbaycanın milli rəqsləri nümayiş olunub.

Məktəbin müəllimi Aygün Mehdiyevanın ifasında “Anayurt” mahnısının səslənməsi tədbiri daha da maraqlı edib.

Sonda qonaqlar çıxış edərək tədbir haqqında fikirlərini bildirib, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri məktəbin şagirdlərinə Təşəkkürnamə, müəllimlərinə Fəxri Fərman təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi