IX siniflərdə imtahan həyacanı

İmtahan həyacanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyacan bir o qədər çoxdur.

Şagirdlərdə İmtahan öncəsi həyəcanın aradan qaldirilmasi məqsədi ilə aprelin 6-da məktəbin psixoloqu Ləman Quliyeva IX siniflərlə "İmtahan həyəcanı və onun aradan qaldırılması" mövzusunda seminar keçirdi.

Seminarda mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməmək üçün əvvəlcə sakitləşmək, imtahanın uğurlu keçəcəyinə özünü yönəltmək, küyə düşməmək çox vacibdir. Əgər imtahan verən hər hansı bir şəxs özünə inamlı deyilsə, həyacanlanırsa bu ona biliyini toplamağa, diqqətini mərkəzləşdirməyə mane olur. Belə insanlara özünütəlqin və avtotreninq məsləhət görülür, həmcinin idman hərəkətləri, təmiz havada gəzinti ilə özlərini sakitləşdirə bilərlər. Səhər gimnastikası fiziki və zehni gərginliyi götürmək üçün çox faydalıdır, imtahan öncəsi isə xüsusilə vacibdir.

Bundan başqa bilməlisiniz ki, bununla hər şey bitmir. Hələ qarşıda sizləri daha çox imtahanlar gözləyir. Ona görə həddən artıq streslə yüklənmək sizi müsbət nəticəyə yaxınlaşdırmayacaq. Sağlamlığınıza da fikir verməlisiniz. Hər zaman pozitiv düşünməyə çalışın, özünüzə inanın, bacaracağınıza əmin olun.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Şagirdlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi