31 mart- azərbaycanlıların soyqırım günüdür

Martın 27-də məktəbdə təcrübə keçən BDU-nun Tarix fakültəsinin tələbələrinin təşkilatçılığı ilə 31 mart-azərbaycanlıların soyqırım gününə həsr olunmuş “Susma danış” adlı tədbir keçirilib. Tədbirdə professor, Milli Məclisin deputatı Anar İsgəndərov, Tarix elmləri üzrə fəlsəfə doktoru Nurlan Abbasov Tarix elmləri namizədi Səidə Əli, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, məktəbin müəllim və şagird heyəti iştirak edib.
Tarixçi alim Anar İsgəndərov erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınlarının səbəbi, mahiyyəti və nəticəsindən danışaraq 44 günlük Vətən müharibəsindəki haqq uğrunda aparılan mübarizədə qazanılan qələbəmizdən danışaraq geniş məruzə etdi.
Sonra şagirdlər müxtəlif mahnılar ifa edib, şeirlər səsləndirib, səhnəciklər göstəriblər. Quba məzarlığını əks etdirən kompozisiya təqdim olunub, videoçarxlar nümayiş etdirilib.
Çıxış edən BDU-nun tarix fakültəsinin tələbəsi Şahin Ağayev Azərbaycan xalqının tarixi düşmənlərini unutmamağın vacib olduğunu bildirib.
Məktəb direktoru çıxış edərək tədbirdə iştirak və çıxış edən BDU-nun tarixçi aliminə və təcrübəçi tələbələrə dərin təşəkkürünü bildirərək böyüməkdə olan gənc nəslə Azərbaycan tarixini dərindən öyrənməyi tövsiyyə edib.
Sonda qonaqlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirib.