31 mart- Azərbaycanlıların Soyqırımı Günü

Martın 31-də ilk dərslər “31 mart- Azərbaycanlıların Soyqırımı Günü”-nə həsr edilib.
Müəllimlər iki yüz il ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi saysız soyqırım və qətliamlar haqqında şagirdlər üçün geniş məruzə edib. 1918-ci ilin 30 mart-3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan ərazilərində Bakı Sovetlə daşnak erməni silahlı dəstələrinin birgə azərbaycanlılara qarşı törətdikləri soyqırım aktının başlanması, faciənin qurbanları və bu günə kimi açılmayan həqiqətlərindən danışılıb. Qeyd edilib ki, gələcək nəsillər bu tarixi faktları unutmamalı, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət göstərməlidir. Çünki bu günün savadlı və vətənpərvər gənci sabahın ziyalısı, müsəlləh əsgəri, ölkəmizin gələcəyinin qarantıdır!