Peşəyönümlü işin təşkili
Müasir dövrdə ixtisaslı kadr anlayışı insanların müəyyən iş və ya peşədə həm bilik, həm də bacarıqlarla təmin olunmasını tələb edir. Fərd malik olduğu bilik və bacarıqlarla yanaşı, özünə ən uyğun peşəni seçmək üçün təhsil prosesi zamanı peşə yönümünə ehtiyac duyur. Şagirdlərə peşə imkanlarını tanıtmaq üçün məktəbin psixoloqları martın 10-da məktəbin IX sinif şagirdləri ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq qapı” günündə iştirak etmişdirlər.
Peşəyönümü anlayışı “gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri” kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Peşə seçiminin mürəkkəb və dinamikliyi bu prosesdə şagirdlərə köməyi zəruri edir.
Ümid edirik ki, şagirdlərimiz düzgün seçim edərək daim uğur qazanacaqlar.