Ən yaxşı təqdimat
Sağlam bir gənclik sağlam bir gələcək deməkdir. Və sağlamlığın əsas təməllərindən biri də idmandır. İdmanla məşğul olmaq hər kəsin özünə edə biləcəyi ən böyük yaxşılıqlardan biridir.
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq martın 3-ü “İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları” mövzusunda Təqdimat müsabiqəsi keçirilib.
Müsabiqədə şagirdlər hazırladığı təqdimatları nümayiş etdirib. Ən yaxşı təqdimat müsabiqəsində VIIIB sinif şagirdləri qalib olub.
Şagirdlərimizi təbrik edirik!