İdmançı şagirdlərlə görüş

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq "İdman həftəsi” layihəsi çərçivəsində martın 2-si məktəbin yarışlarda uğurlu nəticə göstərən idmançı şagirdləri Taykvando üzrə III dan qara kəmərin sahibi, Respublika birinciliyi yarışlarında gümüş medal qazanan 9ç sinif şagirdi Məmmədov Tahir və 5j sinif şagirdi MMA döyüşü üzrə Bakı şəhər açıq birinciliyi turnirində II yerin sahibi Həsənzadə Kənan ilə görüş keçirilib.

Məktəbin idman müəllimi Toğrul Məmmədov əvvəlcə şagirdlərə idmanın insan həyatı və sağlamlığı üçün nə qədər əhəmiyyətli olduğundan danışıb. Daha sonra söz idmançılarımıza verilib.

Şagirdlər qazandıqları uğurlar haqqında danışıb. Bildiriblər ki, taktiki və texniki cəhətdən hazırlanaraq daim öz üzərində çalışmaq, qida rasionuna, yaşam tərzinə ciddi riayət etmək, bir çox məsələlərdə özünə məhdudiyyətlər qoymaqla hədəfə doğru məqsədyönlü istiqamətlənmək, rəqib və məşğul olduğun idman növündə qaydaları daim təhlil edərək yeniliyin üzərində çalışmaq, məğlub ola-ola qalib gəlməyin yollarını axtarıb üzərində çalışmaq idmanda uğur qazanmaqda mühüm amillərdir.

Hər iki şagirdimizə gələcək yarışlarda uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi