Rəsm müsabiqəsi

Martın 1-i "İdman həftəsi” layihəsi çərçivəsində məktəbin I-IV siniflərində rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin təşkilində məqsəd şagirdlərdə fiziki tərbiyə və idmana olan marağı artırmaq, onlarda yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və istedadlı şagirdlərin aşkar edilməsi olub. Şagirdlər çəkdiyi şəkillərdə idmanın müxtəlif sahələrini təsvir edib.
Layihənin sonunda müsabiqədə seçilən ən yaxşı işlərin mükafatlandırılması nəzərdə tutulub.