İdman viktorinası

"İdman həftəsi” layihəsi çərçivəsində fevralın 28-də məktəbdə müxtəlif yaş qrupları üzrə İdman viktorinası keçirilib. Yarışda şagirdlər qruplara bölünüb, idmanın bütün sahələrini əhatə edən və yaş xüsusiyyətinə uyğun suallar tərtib olunub. Viktorinaların keçirilməsinin əsas məqsədi uşaqlarda fiziki aktivliyə olan marağın artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi vasitəsi ilə psixoloji dayanıqlılığının qorunmasına nail olmaqdır.

Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi