Şagid davranışı və valideyn-məktəb münasibətləri
Elm və Təhsil Nazirliyinin təlimatına əsasən məktəbdə “Şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb. Bununla əlaqədar olaraq fevralın 28-də məktəb rəhbərliyi tərəfindən yaradılmış Nizam İntizam Şurası sinif rəhbərlərinin də iştirakı ilə valideynlərlə görüş keçirilib.
Görüşdə “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” geniş müzakirə olunub və valideynlərə yeni qaydalar haqqında ətraflı məlumat verilib.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.