Canlılar aləminin müxtəlifliyi
Elm və Təhsil Nazirliyinin “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat”-ına əsasən fevralın 27-də məktəbin coğrafiya müəllimi Yunuszadə Hümayın Bakı Zooloji Parkında 7Q sinfinə “Canlılar aləminin müxtəlifliyi” mövzusunda dərs keçdi.
Dərs-ekskursiyanın təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaq idi.
Şagirdlərə Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verildi. Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları tapşırıldı.