İmtahan öncəsi stresin aradan qaldirilmasi
İmtahan qabağı həyəcan imtahanın nəticələrinin yaxşı olmasını gözləyən adamlarda daha çox olur. Dərsləri üçün çox əziyyət çəkən, günlərlə əlindən kitab düşməyən şagirdlər isə imtahanın nəticəsini səbirsizliklə gözləyir və daha yaxşı nəticə əldə etmək üçün həyəcan keçirirlər. Xüsusilə də buraxılış və qəbul imtahanlarını verənlər daha çox narahat olurlar. Belə ki, bu imtahanlar yalnız biliyi qiymətləndirmir, eləcə də onların gələcək həyatını müəyyənləşdirir.
Şagirdlərdə İmtahan öncəsi stresin aradan qaldirilmasi məqsədi ilə fevralın 27-də məktəbin psixoloqu Ləman Quliyeva XI siniflərlə "İmtahan həyəcanı və onun aradan qaldırılması" mövzusunda seminar keçirdi.
Seminarda mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, imtahan həyacanının orqanizmdə yaratmış olduğu psixosomatik təsirlər imtahan nəticələrinə mənfi təsir göstərə bilər. Bu halın baş verməməsi üçün şagirdlərə müxtəlif psixoloji texnikalar təqdim olundu, imtahandan əvvəl və imtahan günü üçün tövsiyyələr verildi.
Şagirdlərə qarşıdan gələn buraxılış imtahanında müvəffəqiyyət arzu edirik!