İdmançıların yarışa hazırlığının psixoloji yanaşması
Fevralın 27-də "İdman həftəsi” layihəsi çərçivəsində məktəbin psixoloqu Ləman Quliyeva və Bənövşə Cabbarova “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” haqqında danışdı. Bildirildi ki, yarış öncəsi düzgün qidalanma, yuxu rejimi, zamanın düzgün bölünməsi, hədəfə doğru inamla addımlama yarışda nəaliyyətin 50%-ni təşkil edir. Sağalam rəqabət hissinin formalaşdırılmasının isə əsas amillərdən biri olduğu vurğulandı. Düşüncələrimizi nizamlı idarə etmək bizi hədəfə daha da yaxınlaşdırır.
Bununla yanaşı şagirdlərlə rahatlaşdırıcı meditasiya aparıldı. Meditasiyadan sonra əhval ruhiyyəni yüksəltmək məqsədi ilə şagirdlər rəqs etdilər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.