Xocalım, biz qayıdırıq!
Fevralın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında Xocalı faciəsinin 31 ci il dönümünə həsr olunmuş “Xocalım, biz qayıdırıq!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Məktəbin bir qrup şagird və müəllim kollektivi kompozisiyaya tamaşa edib.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu bütün şəhidlərimizin, o cümlədən Xocalıda şəhid olan insanların qisasını alsada 26 fevral 1992–ci ildə əsir götürülən, itkin düşən, şəhid olan köməksiz soydaşlarımızın əziz xatirəsi əbədi olaraq xalqımız tərəfindən hörmətlə anılır və xalqımız var olduqca daim anılacaq. Bu bizim hər birimizin vətəndaşlıq borcudur.