"Yol hərəkəti qaydalarını yadda saxla və riayət et"
Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi məqsədilə məktəbin 4ç, 4g, 2ğ sinfinin sinif rəhbərləri Aygün Miriyeva, Samirə Salmanova və Zəkiyyə Mirzəyeva nümunəvi dərs keçmişdir.
Dərsin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirmək olub.
Müəllimlər əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə edib və hamını qanunlara riayət etməyə çağırıblar, yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulayıblar.
Dərs zamanı şagirdlərin hazırladlğı nişanlar, rəsmlər və müxtəlif əl işləri nümayiş olunub.